Pakistandan olan Saniyə və Müqəddəs bacıları amerikan müğənni Castin Biberin mahnıları ilə məşhurlaşıblar. Axşam.az "BBC Türkcə"-yə istinadən xəbər verir ki, 15 yaşlı Saniyə və 13 yaşlı Müqəddəs bacılarını yaşadıqları Lahor şəhərində “Castin bacıları” adlandırırlar. Bacılar Biberin mahnılarını oxuyan zaman çəkilən bir videonun sosial mediada yayılmasından sonra bir anda məşhurlaşıblar.
Məktəbə getməyən bacılar ingiliscə bir söz belə bilməsələr də, mahnıları eşitdikləri formada urducaya çevirib əzbərləyirlər.
Artıq televiziya proqramlarına qatılmağa başlayan bacıların ən böyük arzuları pərəstiş etdikləri Castin Biberi görməkdir.