Bülənt Ərsoyun həkimi danışdı: <span style="color:red;">"Böyrəyi çıxarılıb..."
23 oktyabr 2014 11:58 (UTC +04:00)

Bülənt Ərsoyun həkimi danışdı: "Böyrəyi çıxarılıb..."

Bir neçə gün öncə Türkiyədə özəl "Ataköy" xəstəxanasına yerləşdirilən tanınmış müğənni, Bülənt Ərsoyun səhhəti ilə bağlı xəbər var. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Diva” ləqəbli ifaçının müalicə aldığı xəstəxananın həkimi adından onun durumu ilə bağlı mətbuata rəsmi açıqlama verilib: “Bülənt Ersoy oktyabrın 9-dan bizim xəstəxanada müalicə olunur. O, 1989-ci ildə Adanada baş vermiş qəza nəticəsində bir böyrəyindən məhrum olub və böyrəyi çıxarılıb. Hazırda sağ böyrəyi ilə həyatını davam etdirir. Sağ böyrəyində isə daş var. Biz də məhz həmin daşı müalicə edirik. Nəzarətimiz altındadır. Müalicələri davam edir. B.Ərsoy oktyabrın 25-də səhnə alacağı konsertinə rahatlıqla çıxa biləcək”.

 

# 1580
avatar

Oxşar yazılar