Türkiyənin ən məşhur "Popstar" musiqi yarışması maraqlı anları ilə yadda qalıb. Lent. az-ın məlumatına görə, münsiflər heyətində əyləşən Sərdar Ortacın fikirləri, digər münsif, “Diva” ləqəbli Bülənt Ersoyun xoşuna gəlməyib. Belə ki, o, Sərdar Ortacdan iştirakçıya tutduğu iradını düzəltməsini tələb edərək, “mənim olduğum yerdə sən danışa bilməzsən. Allah mənə səbir versin ” deyib və mikrofonu stolun üstünə atıb.