Bu müsabiqənin qalibi Azərbaycanı "Türkvision"da təmsil edəcək
13 aprel 2015 13:48 (UTC +04:00)

Bu müsabiqənin qalibi Azərbaycanı "Türkvision"da təmsil edəcək

ATV telekanalında “Azərbaycanın səsi-2” layihəsinə start verilib. Bu barədə Lent.az-a layihənin prosdüseri Sübhanə İsgəndərova məlumat verib. O, bildirib ki, ötən il olduğu kimi bu il də “Azərbaycanın səsi” layihəsinin qalibi ölkəmizi “Türkvision” yarışmasında təmsil edəcək: “Layihəmizdə bu il xeyli dəyişikliklər olub. Münsiflər heyətində yeni simalar olacaq. Onların adları bir neçə günə açıqlanacaq. Artıq seçim turları başlayıb. Müsabiqənin seçim turlarına Azərbaycanın bölgələrindən də gələnlər var. Müsabiqədə 1-ci yerin qalibi ölkəmizi “Türkvision” yarışmasında təmsil etmək hüququna malik olacaq. Müsabiqədə 2-ci yerin sahibinə isə avtomobil hədiyyə olunacaq. Seçim turları canlı yayımlanacaq”.

 

 

Qeyd edək ki, ötən il “Azərbaycanın səsi” layihəsinin qalibi Elvin Ordubadlı olub. O, “Türkvision-2014” yarışmasında 9-cu yeri tutub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar