Rumıniyanın tanınmış sənətçisi Anda Adam Azərbaycana gələcək. Lent.az-ın məlumatına görə, tanınmış sənətçi ikinci dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsert martın 21-nə təyin olunub. Gecənin təşkilatçısı "Xattab Organization"un rəhbəri Samir Xattab deyib ki, tamaşaçıları çox fərqli və maraqlı şou gözləyir.
Xatırladaq ki, konsertdən öncə sənətçi mətbuat konfransı keçirəcək.
Samir Xattab onu da qeyd edib ki, bu ilin yarısına kimi bir çox Avropa sənətçilərini Bakıya dəvət edib. O, Bakıya gələcək məşhurların adlarını hələlik sirr saxlayıb.