Bu gün “Muğam-2011” müsabiqəsinin qalibi Səbinə Ərəblinin toyudur. Lent.az-ın məlumatına görə, ifaçı “Dünya” telekanalının aparıcısı İbrahim Azəri ilə nikah masasına əyləşəcək. Paytaxt məkanlarının birində keçirilən mərasimə bir çox sənət adamları dəvət olunub.
Xatırladaq ki, bu gün cütlüyün qız toyudur. Oğlan toyu isə aprelin 3- də baş tutacaq.