Britaniyalı ataların 95 faizi doğuş prosesində iştirak edir
02 iyul 2014 07:11 (UTC +04:00)

Britaniyalı ataların 95 faizi doğuş prosesində iştirak edir

Britaniyalı ataların çoxu doğuşda iştirak etməklə həyat yoldaşlarını dəstəkləməyə üstündük verir.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, “The Telegraph” bu haqda Britaniya Hamilələrə Məsləhət Xidməti təşkilatının («British Pregnancy Advisory Service» (BPAS)) yeni araşdırmasına əsaslanaraq, xəbər yayıb.

 

Məlumatda bildirilib ki, əgər 1960-cı ildə hər on britaniyalıdan biri doğuş prosesində iştirak edirdisə, indi onların sayı 95 faizə çatıb.

 

Xidmətin təmsilçisi Kler Merfinin sözlərinə görə, çağdaş britaniyalılar öz rəfiqələrini doğuş zamanı dəstəkləməyə çalışırlar.

 

Qəzetin yazdığına əsasən, 1960-cı illərdə çox nadir hallarda atalar körpəsinin dünya gəlməsində  iştirak edirdi. 1962-ci ildə ABŞ-da dərc olunan araşdırmanın nəticələrinə görə, atanın doğum palatasında olması anaya gərginliyinin azalmasına yardım edir. 

# 1210
avatar

Oxşar yazılar