Xalq artisti Brilyant Dadaşova mayın 29-da Heydər Əliyev Sarayında solo konsert verəcək. Lent.az-ın məlumatına görə, müğənni konsert öncəsi jurnalistlərlə görüşüb. B.Dadaşova deyib ki, bu konsert onun üçün çox əhəmiyyətlidir: “Konsertin adı “Apar məni”dir. Bu mənim 12 il sonra Heydər Əliyev Sarayında verdiyim ilk solo konsertdir. Həmin vaxt da konsert bir gün olmuşdu. Amma konsertdən sonra vəzifəli və imkanlı şəxslər mənə zəng edib bilet istəyirdilər. Məhz bu amili, ümumilikdə bütün pərəstişkarlarımı nəzərə alaraq bu konserti gerçəkləşdirəcəm”.
Qeyd edək ki, mayın 29-da keçiriləcək konsertin rejissoru Nigar Hacızadədir. Konsertin yayım hüququ AzTV-yə məxsusdur.