Boşanan müğənni həyat yoldaşı ilə barışmaq istəyir
09 mart 2016 17:17 (UTC +04:00)

Boşanan müğənni həyat yoldaşı ilə barışmaq istəyir

Müğənni Niyam Salami boşandığı həyat yoldaşı ilə barışmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “10-dan sonra” verilişində deyib. O bildirib ki, ayrılığa səbəbkar həm özü, həm də qarşı tərəf olub: “Qohumumla ailə qurub, ayrılmışam. 1 ay içində tanış olub, evlənmək olmaz. Gərək danışıb, görüşüb, bir-birini tanıyasan. Elə xırdalıqlar var ki, onları gözləyirəm. Ola bilər ki, keçmiş həyat yoldaşımla barışıq elan edərəm. Hər iki tərəfdə inciklik var. Elə böyük qəbahətlərimiz olmayıb. Allah böyükdür. Ürək dəmirdən deyil, yada düşür. Lirik mahnılar oxuyanda o günlərimi xatırlayıram. Hələ də ailəmin olmamasına peşmanam”.

 

 

Qeyd edək ki, N.Salaminin ailəsi bir neçə ildir dağılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401
avatar

Yalçın UĞUR

Oxşar yazılar