“Toy qiymətimi açıqlayandan sonra pulu olan da, olmayan da qapımı döyüb məndən pul istəyir ”. Bu sözləri Lent. az-a xalq artisti Bilal Əliyev deyib. O, bildirib ki, bir daha toy qiymətini söyləməyəcək: “Artıq belə bir nəticəyə gəldim ki, toy qiymətimi açıqlamayım. Çünki bunun mənə xeyri yoxdur. Qiyməti eşidib, bilən dərhal qaçır üstümə. Deyir ki, Bilalın pulu çoxdur, gedək pul alaq. Çoxu mənə yaxınlaşır deyir ki, Bilal bəy pulumuz yoxdur, kasıbıq yardım edin. Mən özüm bilirəm kimə yardım etmək lazımdır. Onlar bilsinlər ki, məndən pul istəmək lazım deyil. Məhz bu halları nəzərə alıb, daha toy qiymətimi açıqlamayacam. Qiyməti deyəndə adama müraciət edənlər çox olur”.
On aydan sonra toylara getməyəcəm. Yalnız dövlət tədbirlərində iştirak edəcəm. Bu qəti qərarımdır”.
Qeyd edək ki, müğənni bir müddət öncə toy qiymətinin 200 min manat olduğunu demişdi.