BBC Brilliant Dadaşovanın səsini yazdı
05 iyun 2013 13:03 (UTC +04:00)

BBC Brilliant Dadaşovanın səsini yazdı

Dünən xalq artisti Brilliant Dadaşova TRT Türk telekanalında yayımlanan, Erhan Konukun “Batıdan doğuya” verilişinin qonağı olub. Lent. az-ın məlumatına görə, veriliş balabançı Əlixan Səmədovun ifası ilə başlayıb. Bundan sonra aparıcı bildirib ki, Brilliant xanımın mayın 29-da Heydər Əliyev sarayında keçirilmiş konsertində olub və onun oxusunu bəyənib.

Müğənni 1 saatlıq verilişdə “Ana ürəyi”, “Küçələrə su səpmişəm”, “Tut ağacı” və Neşet Ertaşın “Dane-dane benleri yüzündə”  mahnılarını oxuyub.

Erhan Konuk etiraf edib ki, verilişdə musiqiyə çox yer ayırması səbəbsiz deyil: ”Düşünürəm ki, Brilliant xanımın səsi önündə əyilmək gərək”.

Aparıcı B.Dadaşovadan İstanbulda BBC radiosu ilə olan iş birliyindən də danışmasını istəyib. Müğənni bildirib ki, bu radio üçün İstanbul studiyalarının birində “Vokaliz” mahnısını ifa edib: “Çox sevindim ki, BBC radiosu ilə fikirlərimiz üst-üstə düşdü. Mən canlı səsin tərəfdarıyam. Aranjeman olunmuş mahnılar məni qane etmir. Çünki belə mahnılarda düzəltmə səslər olur”.

# 1120
avatar

Oxşar yazılar