Dünən Türkiyənin məşhur müğənnisi Özcan Dənizin Heydər Əliyev Sarayında konserti olub. Lent. az -ın məlumatına görə, müğənni çıxışına Dövlət Rəqs Ansamblı və Natiq Ritm Qrupu ilə başlayıb. İlkin Həsəni və Afaq Gəncəlinin idarə etdiyi konsertdə ifaçı ən sevilən mahnılarını oxuyub, paytaxtımızda olmaqdan məmnun olduğunu dilə gətirib: “Hər yeni gündə şəhəriniz o qədər sürətlə dəyişir, inkişaf edir ki, hər dəfə Bakıya gələndə çaşıram. Təki hər zaman belə olsun. Çünki sizlər bizim qürurumuz, fəxrimizsiniz” - deyən müğənni sevilən mahnılarını ifa edərək səhnədən, tamaşaçıların əyləşdiyi sıraya enib. Tamaşaçıların sevgisindən məmnun olan ifaçıya qız pərəstişkarları hücum edib və ona qarşı istəklərini bu şəkildə bildiriblər.
Qeyd edək ki, konserti yeni yaradılan Fire Land Production” (“Odlar yurdu”) Producition şirkəti təşkil edib. Sonda konsertin təşkilatçısı, İsgəndər Süleymanovun Lent. az-a verdiyi məlumata görə, ilin sonunda “Fire Land” tərəfindən mükafat da təsis ediləcək. Ölkənin idman, mədəniyyət, incəsənət və digər sahələrində uğur qazanan şəxslər mükafatlandırılacaq.