Bakıda möhtəşəm Braziliya karnavalı olacaq
19 iyun 2014 16:51 (UTC +04:00)

Bakıda möhtəşəm Braziliya karnavalı olacaq

Bakıda ilk dəfə Braziliya karnavalı keçiriləcək. Karnavalın təşkilatçılarında Lent.az-a verilən məlumata görə, iyunun 26-da dünyanın ən gözəl, parlaq və emosional şousu olan Braziliya karnavalı “Nar Şərab” restoranında olacaq.

 

Braziliyalıların təqdimatında möhtəşəm dekorasiya, rəngbərəng kostyumlar, samba ritmləri və dəfiləsi nümayiş olunacaq karnaval saat 21:00-da başlayacaq, gecə saatlarınadək davam edəcək.

Restorandan verilən məlumata görə, əgər bilet satışı çox olarsa, karnaval növbəti gün də davam edəcək.  

# 1901
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar