Məşhur homoseksual müğənni Bakıya gəlir
16 fevral 2015 11:42 (UTC +04:00)

Məşhur homoseksual müğənni Bakıya gəlir

Tanınmış homoseksual müğənni Azis Azərbaycana gələcək. Bunu Lent.az-a açıqlamasında təşkilatçı Samir Xəttab deyib. O, bildirib ki, artıq bolqarıstanlı müğənninin Bakıya gələcəyi tarix də müəyyənləşib: “Azis iyulun 25-də Bakıda konsert proqramı ilə çıxış edəcək. Mən Azisi bir neçə il öncə Bakıya gətirmək istəyən zaman dedilər ki, “bacarmarsan”. Buna görə də düz 2 il əziyyət çəkib, onunla görüşüb, razılığa gəldim. Əziyyətimiz yerdə qalmadı. Çox sadə bir insandır. Bir çoxlarının dediyi kimi pis insan deyil. Düşünürəm ki, onun Bakıda verəcəyi konsert yaddaşlarda qalacaq”.

 

 

Qeyd edək ki, Azis Bakıda konsert verəcəyi barədə sosial şəbəkədəki səhifəsində paylaşma da edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Yalçın UĞUR

Oxşar yazılar