Azəri Günel nişanını qaytardığı oğlanla barışdı
18 fevral 2015 11:10 (UTC +04:00)

Azəri Günel nişanını qaytardığı oğlanla barışdı

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova (Azəri Günel) nişanlısı ilə barışıb. Lent.az-ın məlumatına görə, ifaçı bir müddət əvvəl ayrıldığı türkiyəli İnanc Başəyməzlə birgə fotosunu paylaşıb. Nişanlısı ilə qartopu oynayan Günel fotoya belə bir qeyd yazıb: “Qartopu uşaqlıq, saflıq, təmizlikdir. Yaşımızın 30-40-50 olmasının fərqi yoxdur, hər birimizin içində uşaqlıq var. Qar yağsın, hər tərəf və pisliklər ağla örtülsün. Necə qartopu oynadıq, sellofanla da sürüşdük... İnancla qartopu eşqi bir başqadır, bəyaz sevgi".
 

G.Zeynalova ötən gündən etibarən “İnstagram” səhifəsinin profil şəklinə nişanlısı ilə olan şəklini qoyub.
 

Qeyd edək ki, cütlük 2011-ci ildən nişanlanıb. Lakin G.Zeynalova 2014-ci ildə ayrıldıqlarını mətbuata bildirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Yalçın UĞUR

Oxşar yazılar