Azəri Günel bir neçə gün öncə əməliyyat etdirərək dodaqlarının formasını dəyişdirtdirib, Bu xəbərin yazılmasından narahat olan müğənni Lent. az-a bunları bildirib: “ Xahiş edirəm ki, xəbərlərdə “Günel göz bəbəklərini böyütdü, burnunu kəsdirdi, dodaqları daha da yekəldi” sözləri yazılmasın. Gülürəm, sadəcə, anlam vermədiyim bilirsiniz nədi? Gördüyüm işlərə verilən önəmə baxın. Konsert vermişəm, şəkil paylaşmışam, ancaq bunlar haqda yazılmayıb, deyilməyib ki, qızımız konsert verib. Belə münasibət görəndə işdən soyuram. İşimiz çox çətindir, görək daha nələr olacaq, anlayanlar anlayacaq, Allahıma sığınmışam. Ona, ailəmə, sevdiyimə, sevdiyim dostlarıma inanıram. Amma bu dünyada heç kimə inanmıram. Amma ayaqdan çəkmək yox, dəstək olmaq lazımdır. Mənim iradım xalqıma deyil, bəzi ürəyi qara insanlara, paxıllardır, bu təsir edir mənə, artıq susa bilmirəm, şükür edirəm ki, nə yaxşı səsim, sənətim var. İstəyirəm ki, boş-boş xəbərlər yerinə, sənətimə qiymət verib, dəyərləndirsinlər. Biri deyir ki, unutqandı, digəri deyir ki, türkcə danışdı. Məndən başqa adam yoxdur görəsən? Artıq bəsdir”.

Oxşar yazılar

Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10
Memar sevgilisi ilə barışan aktrisanın dənizdə romantik anları
27 iyun 2025 , 12:42
Mustafa Sandala məhkəmədən PİS XƏBƏR
27 iyun 2025 , 10:34
Şöhrətin "dəli" etdiyi 5 ULDUZ
26 iyun 2025 , 10:42
Azərbaycandakı bu müğənnilər geyimlərinin qiyməti ilə sizi HEYRƏTLƏNDİRƏCƏK
25 iyun 2025 , 17:12
Bred Pitt Ancelina Colidən niyə ayrıldı? - Özü AÇIQLADI
25 iyun 2025 , 15:29