Azərbaycanlı xanım müğənni "Bakı-2015"in qaliblərini klipinə çəkdi
27 iyun 2015 10:28 (UTC +04:00)

Azərbaycanlı xanım müğənni "Bakı-2015"in qaliblərini klipinə çəkdi

Müğənni Roza Zərgərli “Bakı-2015” Avropa Oyunlarına həsr olunan “Var ol, çempion” adlı mahnıya klip çəkdirib.  Lent.az-ın məlumatına görə, sözləri aparıcı Zabir Əliyevə, musiqisi Sahil Əliyevə məxsus olan ekran işinə “Baku 2015” Avropa Oyunlarının qalibləri Firdovsi Fərzəliyev, Ayxan Mamayev, Ayxan Tagizade ve bürünc medalçı Niyazi Əliyev də çəkilib.  

 

 

Qeyd edək ki, klipdə həmçinin Avropa çempionları Arif Məmmədov, Rəsul Əlizadə, eləcə də R. Zərgərlinin rəhbərliyi altında "Bakı instrumental ansamblı"nın üzvləri də rol alıblar. İfaçı klipin təqdimatını iyulun 29-da edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272

Oxşar yazılar