Azərbaycanlı rəqqas saxtakarlıqla üzləşdi
06 noyabr 2013 14:34 (UTC +04:00)

Azərbaycanlı rəqqas saxtakarlıqla üzləşdi

Rəqqas İlham Kərimli saxtakarlıqla üzləşib. Bu barədə Lent. az-a rəqqasın özü danışıb. İ. Kərimli onun adından rəqs studiyasına tələbə qəbulu haqqında elanların yayılmasından şikayətçidir: “Nizami rayonu ərazisində kimlərsə mənim adımdan rəqs studiyası açıb. Onlar insanlara tələbə qəbulu elan edən vizit kartlar da paylayıblar. Bu mənim adımdan sui-istifadədir. Həmin ərazidə yaşayan insanlar mənə zəng edərək dərslər haqqında maraqlanırlar. Lakin bildirmək istəyirəm ki, Nizami rayonu ərazisində rəqs studiyası açmamışam. Bu reklam və elanlarla əlaqəm yoxdur. Mənim rəqs studiyam şəhərin başqa məkanında yerləşir və barədə çoxları məlumatlıdır”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1201
avatar

Yalçın UĞUR

Oxşar yazılar