Azərbaycanlı prodüser Zaur Bağırov dünən ata olub. Lent.az xəbər verir ki, bu barədə məlumatı onunla uzun illər birlikdə çalışan müğənni Sevinc Ağaşirinova verib: “Gecə-gecə şad xəbər eşitdim. Uzun illər bir yerdə çalışdığım insan, Zaur ata oldu. Allah gül balasını saxlasın. Olmayanlara qismət eləsin.
Xatırladaq ki, Z.Bağırov ötən il ailə qurub.
Qeyd edək ki, Z.Bağırov müğənni Tunar Rəhmanoğlunun da prodüseri olub.