Azərbaycanlı prodüser Pərviz Əsgərov bu gün ata olub. Lent.az-ın məlumatına görə, prodüser bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Ata olmaq ayrı hissdir. Allah bu hissi olmayanlara nəsib etsin. İndicə ata oldum”.
Xatırladaq ki, Pərviz müğənni Sevda Yahyayeva və Zarina Məmmədovanın prodüseri olub.
Qeyd edək ki, P.Əsgərov 2014-ci il oktyabrın 21-də Humay adlı xanımla ailə qurub.