<span style="color:red;">Azərbaycanlı nazirin qızı:  "Bu indiyədək aldığım ən bahalı libasdır"
01 dekabr 2014 14:16 (UTC +04:00)

Azərbaycanlı nazirin qızı: "Bu indiyədək aldığım ən bahalı libasdır"

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin Londonda yaşayan sənətşünas qızı Suad Qarayevanın maraqlı videosu yayılıb. 

Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Dolce&Gabbana brendindən aldığı bahalı libasından danışan Suad Qarayevanın videosunun müəllifi tanınmış ingilis rejissor Samuel Fouracredir. Libasını kamera önündə geyinməyə üstünlük verən Suad filmdə özü haqda bunları deyir: “Bu gördüyünüz libas mənim favorimdir. Xüsusi markanın xüsusi kolleksiyasından olan bu libas qadın, onun şəxsiyyəti barədə çox şey deyir. Bilirsiniz, kişilər belə geyimləri, seksual görünən qadınları sevirlər. Etiraf edim ki, bu, indiyədək aldığım ən bahalı geyimdir və onu hər dəfə geyinəndə özümü yaxşı hiss edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4099
avatar

Oxşar yazılar