Azərbaycanlı müğənninin klipi Türkiyədə nümayiş olunacaq
30 yanvar 2015 14:07 (UTC +04:00)

Azərbaycanlı müğənninin klipi Türkiyədə nümayiş olunacaq

“Xalq ulduzu” yarışmasının yadda qalan iştirakçılarından olan müğənni Kamil Cəfərov vəd etdiyi “Qayıt gəl” adlı klipi mediaya təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi Ruslan Əhmədoğluna məxsus olan bəstəyə ekran həyatını rejissor Oqtay Ağamalıyev verib: “Bu yaxınlarda ölməz sənətkarımız, xalq artisti İslam Rzayevin repertuarından olan “Mənalı günlər” adlı mahnını dinləyicilərin ixtiyarına verdim. Bu qədər maraqla qarşılanacağını gözləmirdim. O mahnını təqdim etdikdən sonra qərara aldım ki, yeni iş görmək lazımdır. Buna görə də dostumuz Ruslan Əhmədoğlunun bəstəsi olan mahnıya müraciət etdim. Fərqli klip ərsəyə gəlib. Əziyyəti keçən hər kəsə minnətdaram”.

 

K.Cəfərov onu da əlavə edib ki, sözügedən klip Türkiyə kanallarında da nümayiş olunacaq.

 

Qeyd edək ki, rejissorluğunu Oqtay Ağamalıyevin gördüyü işin operatorluğunu Elmir Süleymanov həyata keçirib. Aranjeman Eyyub Yəhyayevə məxsusdur.

 

 “Qayıt gəl” adlı klipi təqdim edirik. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Yalçın UĞUR

Oxşar yazılar