“Next” qrupunun solisti Seyran Babayev Belarusda konsert proqramında iştirak edib. Lent. az-ın məlumatına görə, həmin konsertdə dünyanın müxtəlif yerindən tanınmış simalar olub. İfaçımızla yanaşı həmin gecədə Kristina Orbakayte, İgrid, Layma Vaykule, Alisa Mun,«İvanuşki İnterneyşnl» qrupu, «Boni M», «NA-NA» və başqaları mahnılarını təqdim ediblər.
Qeyd edək ki Mogilyev şəhərinin yubileyi ilə bağlı keçirilmiş konsert canlı olaraq Belarus dövlət televiziyası ilə yayımlanıb. Seyran isə səhnədə xarici mahnı ifa edib. Onun ifası alqışlarla qarşılanıb.
Müğənni Lent. az-a konsertlə bağlı təəssüratlarını da bölüşüb: “İlk dəfə deyil, beynəlxalq səhnəyə çıxıram. Bir ifaçı kimi Azərbaycan musiqisini xarici ölkələrdə təbliğ etməyi bacarıramsa və bu kimi təkliflər alıramsa bundan qürur duyuram”.