Azərbaycanlı müğənni Vaqif Nağıyev ötən gün ailə qurub. Lent.az-ın məlumatına görə, məşhur “Ukraynanın səsi” yarışmasındakı çıxışı ilə tanınmağa başlayan ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. Ukraynada baş tutan nikah mərasimində şou-biznesin bir çox tanınmış simaları da iştirak edib.