Ötən gün “Yeni ulduz” yarışmasının iştirakçısı olmuş bəstəkar-müğənni Aygün İsmayılova ailə qurub. Lent. az-ın məlumatına görə, o, Türkiyəli Haluk adlı türk vətəndaşı ilə evlənib. Müğənninin toyunda müğənni İlhamə Qasımova, Elvin Abdullayev, Lamiyə Novruzova, Kamil Cəfərov, Anar Məmmədov prodüserlər Təranə Səmədova, Elçin Quliyev, bəstəkar Pərviz Mahmudov və başqaları iştirak ediblər. Sənət dostları həmin gün çəkdirdikləri şəkilləri sosial şəbəkədə yerləşdiriblər.
Qeyd edək ki, A. İsmayılovanın sənətdən uzaqlaşacağı və Türkiyədə yaşayacağı deyilir.