Xəbər verdiyimiz kimi Türkiyənin məşhur müğənnisi Sərdar Ortac Bakıda konsert proqramı ilə çıxış edəcək. Lent.az-ın məlumatına görə, türkiyəli sənətçi mayın 25-də Bakıda konsert verəcək. Onunla bərabər azərbaycanlı müğənni Zarina Məmmədova da səhnəyə çıxacaq. Zarina Lent.az-a açıqlamasında konsertə hazırlıq işlərindən danışıb: "Sərdar gözəl ifaçıdır. Onunla bir səhnədə olmaq yaradıcılığımda böyük təkan olacaq. Konsertə ciddi şəkildə hazırlaşıram. Konsertdə bir çox sürpriz də gözlənilir".
1418