Müğənni Elvin Abdullayev sözləri Zeynəb Ədalətqızına, musiqisi özünə məxsus olan “Sevmək yaraşmadı” adlı bəstəyə klip çəkdirib.
Bu barədə Lent.az-a açıqlama verən ifaçı bildirib ki, klipi həyat yoldaşı Afət Abdullayeva ekranlaşdırıb: “Yeni klipim bu gün işıq üzü gördü. Klipin rejissoru həyat yoldaşımdır. Çox sağ olsun. Yaxşı bir iş ərsəyə gəldiyini deyə bilərəm. Çəkilişlər Gürcüstanda baş tutdu. Klipin ərsəyə gəlməsində Turqay Vəlizadə, Aslan Qaracöp, Givi Magharadze ve Ani Javaxinin əməyini də qeyd etmək istəyərdim”.
Xatırladaq ki, bu, E.Abdullayevin Gürcüstanda çəkdirdiyi ilk klip deyil. O, “Ayrılıb gedirsən” adlı mahnısının da klipini Gürcüstanda çəkdirmişdi.
Qeyd edək ki, ifaçının həyat yoldaşı Afət Abdullayeva “ATV”nin “Şarm” verilişinin rejissorudur.