"O səs Türkiyə" münsifləri azərbaycanlı qız üçün dalaşdı
07 dekabr 2015 10:47 (UTC +04:00)

"O səs Türkiyə" münsifləri azərbaycanlı qız üçün dalaşdı

Azərbaycanlı müğənni Leyla Rəhimova Türkiyənin məşhur "O səs Türkiyə" müsabiqəsinə qatılıb. Lent.az-ın məlumatına görə, azərbaycanlı ifaçı “Özledim” adlı Türk mahnısını oxuyub. L.Rəhimovanın ifası münsiflərin rəğbətini qazanıb. Sonda azərbaycanlı iştirakçı Murad Bozu seçərək onun komandasına daxil olub. 

Xatırladaq ki, “O səs Türkiyə”nin münsif kürsüsündə müğənnilər Ebru Gündeş, M.Boz, Hadise, Gökhan və Hakan Özoğuz əyləşib.

 

Qeyd edək ki, L.Rəhimova Türkiyənin “Ve kazanan” müsabiqəsində də iştirak edərək ikinci olmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

Yalçın UĞUR

Oxşar yazılar