Bir neçə ay öncə anasını itirən müğənni Humay Qədimova şou əhlindən gileylənib. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Səhər zəngi” verilişinə qonaq olan ifaçı bildirib ki, anasını itirdikdən sonra bir çox insanlardan uzaq düşüb: “Bildiyiniz kimi 8 ay öncə anam dünyasını dəyişdi. Çox ağır günlər yaşadım. Həmin vaxtlarda bir çox qohumlarımı, dostlarımı, sənət adamlarını sınaq etdim. Sınağımdan yaxşı çıxanlar az oldu. Şou aləmində 3-4 nəfər olar ki, bu sınaqdan üzüağ çıxdı. Əsasən də bu çətin günlərimdə müğənni Gülay Zeynalova mənə həmdəm oldu. Özümə qapıldığım anlarda adam diqqət edir ki, görüm mənim yanında kimlər olacaq? Bu həyatda yaxşılıq etmək lazımıdır. Çalışmaq lazımdır ki, bir-birimizə kömək edək. Hər insan bunu bacarmır”.
Qeyd edək ki, H.Qədimovanın anası Ziyafət xanım xərçəng xəstəliyindən dünyasını dəyişib.