“Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanova avtomobil qəzası keçirib. O, bu barədə sosial şəbəkədə yazıb: “Həyatımdakı ən dəhşətli gün idi. Dünən qəzaya 1 saniyə qalmış anam məni qucaqlayıb, zərbəni öz üzərinə aldı. 3 qabırğası sınıb, qolu qırılıb, burnu parçalanıb və bir neçə xəsarət alıb. Mənim canım yaxşı qurtardı”.