Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva “Kanal Rusiya”nın “Türk tranziti” serialında çəkilmək üçün Bosniya – Herseqovinaya getməyə hazırlaşır. Lent.az-ın məlumatına görə, model çəkilişdən dərhal sonra Bolqarıstana-“Best Model of the world” yarışmasına yollanacaq. Baxmayaraq ki, vaxt baxımından bu il ölkəmiz yarışmada iştirak etməyəcək, amma “Best Model of the world” da Azərbaycan nümayəndəsi münsiflər heyətində yer alacaq. Bu barədə Lent. az-a müsabiqənin ölkəmiz üzrə təmsilçisi Günay Musayeva deyib:
“Ölkəmiz müsabiqədə gələn il təmsil olunacaq. Bu məsuliyyətli işi mənə tapşırdığı üçün Erkan Özermana təşəkkür edirəm. Vaxt azlığından qərara gəldik ki, müsabiqəni gələn il təşkil edək. Bu il sadəcə, olaraq müsabiqədə yenə də münsif olacam.”