Ötən gün O səs Türkiyə"nin növbəti mərhələsində azərbaycanlı iştirakçı Səmra Rəhimli çıxış edib. Lent.az-ın məlumatına görə, Sertab Erenerin repertuarından "Everyway that I can" mahnını oxuyan iştirakçımız finala vəsiqə qazana bilməyib. Münsiif Gökhanın komandasında yarışan Səmra tamaşaçı səsverməsinə görə, rəqibi Zeo Cavidə uduzaraq yarışmadan uzaqlaşdırılıb.
Qeyd edək ki, “O səs Türkiyə”nin münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan, Mazhar Alanson və Özkan əyləşib.