Aparıcı Hacı Nuran yenidən əməliyyat olunacaq
12 oktyabr 2015 12:26 (UTC +04:00)

Aparıcı Hacı Nuran yenidən əməliyyat olunacaq

0

Aparıcı Hacı Nuran Hüseynov səhhəti ilə bağlı yenidən Almaniyaya yollanıb.  Lent.az-ın məlumatına görə, bu barədə xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb. O, bildirib ki, aparıcı növbəti dəfə əməliyyat olunacaq: “Hacı Nuranla toyda görüşdük. Xeyli şirin-şirin söhbətləşdik. Cismən əziyyət çəksə də, ruhən möhkəmdir. Əməliyyat üçün yola çıxacağını söylədi. Allah sənə yar olsun, xeyirxah insan. Dualarım səninlədir” .

 

Qeyd edək ki, H.Nuran xərçəng xəstəliyindən əziyyət çəkir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 591

Oxşar yazılar