Bolqarıstanın Varna şəhərində “Discovery pop” festivalı olub. Lent. az-ın məlumatına görə, festivalda Azərbaycanı 17 yaşlı müğənni Ena Kameliya təmsil edib. O, müsabiqədə "Reasen to smile" mahnısını oxuyub və fəxri fərmanla mükafatlandırılıb. Bu haqda müğənninin prodüseri Pərviz Məmmədov təəssüratlarını Lent.az-la bölüşüb: “ O, bundan sonra da beynəlxalq musiqi layihələrində Azərbaycanı təmsil etməyə iddialıdır”.
Qeyd edək ki, “Discovery pop” festivalında vaxtı ilə Filip Kirkorov, İngrid kimi məşhurlar iştirak edib.