İyulun 25-də Türkiyənin İzmir şəhərində “ Miss Exclusive of the World 2015” beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək. Bu barədə Lent.az-a təşkilatçı Aqil Məmiyev məlumat verib. O, bildirib ki, həmin müsabiqədə Azərbaycanı model Günel Şirəliyeva təmsil edəcək: “Təmsilçimiz Günel Şirəliyeva ilə hazırlıqlara başlamışıq. Fotosesiylar, ölkəmizi tərənnüm edən video tizirlar tv və media müsahibələrə başlamışıq. Günelin üzərində hazırda xüsusi stilistlər Pərvanə Məmmədova və stlist Sabir işləyir. Hazırlıqlar "Eurovision" müsabiqəsi formasında aparılır".
Xatırladaq ki, müsabiqə Kral TV ilə canlı yayımlanacaq. Münsiflər heyətində Türkan Şoray, Uğurkan Erez, Serdar Ortaç, Çağla Şikel kimi məşhurlar yer alacaq.
Xatırladaq ki, “Miss Exclusive of the World 2015” müsabiqəsində dünyanın 50 ölkəsindən qızlar iştirak edəcək. Nəzərinizə çatdıraq ki, keçən il bu müsabiqədə ölkəmizi tanınmış aktrisa və model Tamilla Həmidova təmsil etmişdi.