Azərbaycanı bu qız təmsil edəcək
22 iyun 2015 14:15 (UTC +04:00)

Azərbaycanı bu qız təmsil edəcək

0

Filippində “Supermodel İnternational-2016” beynəlxalq model müsabiqəsinin dünya finalı keçiriləcək. Bu barədə Lent.az-a “World Beauty Congress”in Qafqaz ölkələri üzrə koordinatoru Aqil Məmiyev məlumat verib. O bildirib ki, gələn il həmin yarışda ölkəmizi 17 yaşlı Nərgiz Nəsrullayeva təmsil edəcək: ““Supermodel İnternational-2016”a qatılan 17 yaşlı modelimiz Nərgiz Nəsrullayeva üzümüzə gələn il noyabr 11-də ölkəmizi təmsil etmək üçün Filippinə yola düşəcək. Müsabiqəyə dünyanın 100-ə yaxın ölkəsindən qızlar qatılacaq.  Hazırda Nərgiz müsabiqəyə hazırlıq mərhələsindədir, təcrübəli stilistlərlə, model treynerlərlə və fotoqraflarla çalışır”.

 

Qeyd edək ki, müsabiqə 2000-ci ildən bəri hər il dünyanın nüfuzlu ölkələrində keçirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar