Oktyabrın 18-də Avropa Yayımları Birliyi Azərbaycanın” Uşaq Eurovision-2013” mahnı müsabiqəsində iştirakı haqda məlumat yayıb.
Lent.az-ın məlumatına görə, İctimai Televiziya ölkə təmsilçisini müəyyən etmək üçün dinləmələr keçirib. Kanalın təşkil etdiyi kastinqlərdə 10-15 yaş arası 100-dən çox uşaq iştirak edib. Mahnı yarışmasında iştirak edəcək təmsilçi və mahnı ilə əlaqədar bir qədər sonra daha ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan ilk dəfə bu müsabiqədə 2012-ci ildə iştirak edib. Ömər Sultanov və Suada Ələkbərova dueti "Girls & Boys" (Dünya sənindir) mahnısı ilə müsabiqədə 11-ci yeri tutub.