Aygünə 1 ay vaxt verildi - <span style="color:red;">Natavandan üzr istəyəcək
27 oktyabr 2014 13:28 (UTC +04:00)

Aygünə 1 ay vaxt verildi - Natavandan üzr istəyəcək

Müğənni Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair iddia tələbi üzrə məhkəmə qətnamə qəbul edib. 
 

Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, bu gün “ Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişində efirə gedən süjetdə məlum olub ki, qətnamə artıq qət edilib və qanuni qüvvəsini aldıqdan sonra bir ay ərzində təkzib verilməsi və Natavan Həbibidən üzr istənilməsi vəzifəsi cavabdeh Kazımova Aygün Ələsgər qızına həvalə edilib. 

Cavabdeh Aygün Kazımovaya məxsus “İnstagram”səhifəsində təkzibin yerləşdirildiyi gündən etibarən bir gün müddətində silinməsi xalq artistinə qadağan edilib.  

Qətnamənin verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelliyasiya Məhkəməsinə apelliyasiya şikayəti verilə bilər. 

 

Qətnaməni olduğu kimi sizə təqdim edirik:

 

# 2714
avatar

Oxşar yazılar