Gənc müğənni İlqarə Kazımovanın “Yenə yenə” adlı klipinin kadrarxası görüntüləri yayılıb. Lent.az-ın məlumatına görə, İlqarə bildirib ki, yeni klipin rejissoru Anar Hüseynov, prodüseri isə anası, xalq artisti Aygün Kazımovadır. “Yenə yenə” adlı bəstə ilk dəfə A. Kazımovanın doğum günündə ifa olunsa da, teleməkanda və radiodalğalarda səslənməyib. Mahnı və klip eyni vaxtda təqdim olunacaq.
İ. Kazımova yaradıcılığındakı yenilikdən Lent.az-a danışıb: “Mənim klipim yerli şou biznesdə çəkilən kliplərdən fərqli olaraq, Avropa formatında çəkilib”
Qeyd edək ki, klip yaxın günlərdə təqdim olunacaq.