Noyabrın 8-də “Milli Bayraq Günü” münasibətilə “Hollivud” restoranında xalq artisti Aygün Kazımova və türk müğənnisi Sinan Akçılın konserti olacaq. Konsertin anonsları artıq tamaşaçılara təqdim edilib. Təşkilatçı Nahid Emiloğlunun Lent. az-a verdiyi məlumata görə, biletlərin qiyməti 100-200 manatdır. Konsertdən sonra atəşfəşanlıq olacağı da gözlənilir.
Qeyd edək ki, konsertin informasiya dəstəkçisi Lent. az-dır. Yayım hüququ isə Lider telekanalına məxsusdur.