Gələn ayın 8-də “Hollivud” restoranında xalq artisti Aygün Kazımova ilə Türkiyənin tanınmış müğənnisi Sinan Akçılın konserti olacaq. Bu barədə Lent. az-a bir çox yerli və xarici sənətçilərin konsertlərini təşkil edən Nahid Emiloğlu deyib. Onun sözlərinə görə, cütlüyün konserti məhz onun doğum gününə təsadüf edəcək: “Artıq növbəti konsertə hazırlaşırıq. Bildiyiniz kimi noyabrın 8-də Aygün Kazımova və Sinan Akçılın konsertini gerçəkləşdirəcəyik. Eyni gündə həm 35 yaşımı, həm də çalışdığım “Səs” prodakşnın yaranmasını on illiyi olacaq. Hazırda konsertin anonsları yığılır. Hazır olduqdan sonra anonslar efirdə yayımlanacaq”.
Qeyd edək ki, konsertin informasiya dəstəkçisi Lent.az-dır.