Xalq artisti Aygün Kazımova müğənni Miri Yusif ilə birlikdə yeni fotosessiya etdirib. Lent.az xəbər verir ki, şəkilləri sosial şəbəkədə paylaşan A. Kazımova bu fotoların hansı məqsədlə çəkilməsi haqda məlumat yerləşdirməyib. O, yalnız fotoya "Özünü mənə bağışla" sözlərini yazıb.
Məsələ ilə bağlı xalq artistinin mətbuat katibi ilə əlaqə saxladiq. O, yaxın zamanda mediaya bu haqda geniş məlumat veriləcəyini bildirdi.
Qeyd edək ki, fotoların müəllifi Kamran Aydinovdur.