Xalq artisti Aygün Kazımova ilə “İkinci sən” adlı duet ifa edən türk müğənnisi Sinan Akçıl Bakıdadır. Lent. az-ın məlumatına görə, o, Aygünlə yerli telekanalların birində iştirak edəcək. A. Kazımova onunla çəkdirdiyi şəkilləri sosial şəbəkədəki səhifəsində yayıb.
Qeyd edək ki, ötən gün A.Kazımova və Sinan Akçıl təşkilatçı Nahid Emiloğlu və Dj Kazım Sübhanla görüşüblər.
Onların şəkillərini təqdim edirik.