Əməkdar artist Aygün Bəylər səhnəyə qayıdıb. Lent.az-ın məlumatına görə, bəstəkar Tural Bayraməliyevin yeni bəstəsini əməkdar artist Aygün Bəylər ifa edib və o, uzun müddətdən sonra yaradıcılıq işlərinə start verib. “Düşündüm” adlanan bəstə bir müddət öncə sənətdən uzaqlaşdığı barədə xəbərləri yayılan A.Bəylərin dönüş nəğməsi hesab olunur. Bəstəkar T. Bayraməliyev Lent.az-a açıqlamasında bunları bildirib: “Aygün xanımla işbirliyimiz “Getmisən” mahnısı ilə başlayıb, “Düşündüm”lə davam edir. Yeni əməkdaşlıq sözün əsl mənasında Aygün xanımı düşündürdü, özündə nəyisə tapdı. Səsinin gözəlliyini mahnıya qatdı və tandemi tamamladı".
Qeyd edək ki, mahnıya klip çəkiləcək və bu iş rejissor Natiq Novruzova həvalə edilib.