“Röyaya qulaq asanlar, elə onun səviyyəsində olan adamlarıdır. Mən o ifaçını dinləmirəm”.
Bunu Lent.az-a açıqlamasında əməkdar artist Aygün Bəylər deyib: “Çoxu sənətlə şou-biznesi qarışdırır. Bəzən mənə sual verirlər ki, Röyaya qulaq asıram? Deyirəm ki, yox. Axı, on beş yaşından Alim Qasımovun səsi ilə böyümüş Aygün Bəylər indi necə Röyaya qulaq assın? Siz özünüz təsəvvür edin. Yeni oxuyanlara necə qulaq asa bilərəm ki? Röyanın sənət aləminə adiyyatı yoxdur. Hazırda sənəti bilən var ki? Sənət ailəmi başqadır. Röyaya qulaq asan elə onun kimilərdir, əsl musiqiyə qulaq asanlar isə sənət aləmindən xəbərdar olanlardır”.