Ramiz Əzizbəylinin vəziyyəti ağırdır: <span style="color:red;">“Danışa bilmir”
18 fevral 2014 19:12 (UTC +04:00)

Ramiz Əzizbəylinin vəziyyəti ağırdır: “Danışa bilmir”

Xalq artisti Ramiz Əzizbəyli avtomobil qəzasına düşüb. Məlumatı dəqiqləşdirmək üçün Lent.az-ın əməkdaşı aktyorun özü ilə telefon əlaqəsi saxlamaq istəsə də onun sualları xanımı cavablandırıb: “Oğlum, Ramiz bəy danışa bilmir, özünü yaxşı hiss etmir, nəsə demək istəsə də anlada bilmir. Qəza öz məhəlləmizdə, Yasamalda olub. Qəfil eşitdik ki, avtomobili əzib, elə həmin vaxt da evə gətirdilər. Həkimlər gəldi, baxan kimi söylədilər ki, tərpətmək olmaz. Bir neçə gün evdə müalicə olunduqdan sonra xəstəxanaya yerləşdirəcəyik. Hazırda vəziyyəti ağırdır, həkim nəzarətindədir, ayaqları tutulub”. 

 

 

Qeyd edək ki, bu xəbəri ilk olaraq Mövqe.az saytı yazıb.

 

 

 

 

 

 

# 3588
avatar

Yalçın UĞUR

Oxşar yazılar