Sumqayıtda mənzildən 52 yaşlı kişinin meyiti tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.
Tək yaşayan Hikmət Nəsrulla oğlu Məmmədovun meyiti bu gün yaxınları tərəfindən aşkar edilib. Onun bir neçə gün öncə öldüyü ehtimal edilir.
Meyit aidiyyatı üzrə təhvil verilib.