Ən böyük sinəli qadın olmaq istəyir
16 sentyabr 2014 17:57 (UTC +04:00)

Ən böyük sinəli qadın olmaq istəyir

Avstraliyalı manken Sarah Maria Summer iri sinəsinə görə sosial şəbəkələrdə məşhurlaşıb. Lent.az-ın verdiyi məlumata görə, “İnstagram” səhifəsində milyonlarla izləyici toplayan 23 yaşlı manken bildirib ki, ən böyük istəyi Avstraliyada ən böyük sinəyə malik olmaqdır.

 

S.M.Summer mətbuata sonuncu açıqlamasında sinəsinin xəyalındakı ölçüyə qədər böyüməyənə qədər əməliyyat etdirəcəyini deyib: “Bu sinəmə görə ağrılar keçirsəm belə, istəyimdən geri çəkilməyəcəm. Hətta iri sinəmin olması bir çox insanların üzündə təbəssüm yaradır. Bu da məni sevindirir”.

 

Qeyd edək ki, avstraliyalı manken ilk sinə əməliyyatını 17 yaşında etdirib.

# 3127
avatar

Oxşar yazılar