Avropa Yayım Birliyindən cavab gəldi: “Hər şey dəqiq olub”
21 may 2013 12:25 (UTC +04:00)

Avropa Yayım Birliyindən cavab gəldi: “Hər şey dəqiq olub”

0

“Eurovision - 2013” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçıları Azərbaycanın Rusiyaya verdiyi səslərin itməsi barədə iddiaları rəsmən təkzib edib. Lent.az-ın “haqqın.az”a istinadən məlumatına görə, bu barədə Avropa Yayım Birliyinin rəsmisi açıqlama verib.

 

Həmin şəxs deyib: “Hər şey dəqiq olub. Qayda pozuntuları olsaydı, biz xəbər tutardıq”.

 

Qeyd edək ki, Rusiya təmsilçisi Dina Qaripovaya mayın 18-də keçirilmiş finalda Azərbaycanın səs verməməsi hər iki ölkədə anlaşılmazlıqla qarşılanıb. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu bildirib ki, belə hal qeyri-mümkündür. Prezident İlham Əliyev isə xoşagəlməz insidenti araşdırmağa göstəriş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2080

Oxşar yazılar