Xəbər verdiyimiz kimi, aprelin 27-də türkiyəli müğənni Halil Sezainin paytaxtımızda konserti olacaq. Lent. az-ın məlumatına görə, konsertə xüsusi qonaq kimi dəvət almış aşıq Səbuhi Hamletoğlu burada müğənninin ən sevilən “İsyan” mahnısını ona sürpriz edəcək. Aşıq mahnını artıq yazdırıb və bu, sosial şəbəkədə maraqla qarşılanıb.